Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib Dünya

Qırğızıstanda daha 314 nəfər koronavirusa yoluxub, 4 nəfər vəfat edib

Qırğızıstanda ötən sutka ərzində yeni növ koronavirusa daha 314 nəfər yoluxub.
"Kabar"ın verdiyi məlumata görə, bunu brifinq zamanı ölkənin Səhiyyə nazirinin müavini Mademin Karatayev deyib.
Onun sözlərinə görə, ölkədə koronavirusa yoluxanların ümumi sayı 7 691 nəfərə çatıb.
Nazir müavini qeyd edib ki, ötən gün koronavirusdan 4 nəfər ölüb, 41 nəfər sağalıb, ölənlərin ümumi sayı 92 nəfər, sağalananların ümumi sayı isə 2 843 nəfərdir.