“Azərbaycan bu sahədə səylərini daha da artırmalıdır”
2 Noyabr 18:16
2 Noyabr 18:16
2 Noyabr 18:14
2 Noyabr 17:48
2 Noyabr 17:21
7 İyul 2020 17:51
3 647
Böyük Britaniyada karantin rejiminin yumşaldılması çərçivəsində açılmış ictimai iaşə obyektlərinin bəziləri bir neçə gün sonra yenidən bağlanıb.
Buna bir sıra müştəri, eləcə də işçilərdə koronavirus testinin müsbət çıxması səbəb olub.
Qeyd olunur ki, Bernem şəhərində "The Lighthouse Kitchen" restoranı bağlanıb. Hazırda həmin restorana gəlmiş müştərilərin siyahısı yoxlanılır və işçilər testdən keçirilir.
Bundan başqa, elə həmin şəhərdə "Saagar" Hindistan mətbəxi restoranı da qısa müddət sonra bağlanıb. Buna səbəb həmin restoranın sürücüsünün "The Lighthouse Kitchen" restoranının əməkdaşları ilə təmasda olması olub.
Xatırladaq ki, Böyük Britaniyada ictimai iaşə müəssisələri iyulun 4-dən etibarən açılıb.
2 Noyabr 22:02
672
2 Noyabr 21:22
644
2 Noyabr 15:35
896