Ermənistan müxalifəti bəyanat yayıb Dünya

Ermənistan müxalifəti bəyanat yayıb

"Avrasiya İqtisadi Birliyinə qoşulmaq Konstitusiyaya ziddir"
Ermənistanda müxalifətdə olan "İrs" Partiyası ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulmasını Konstitusiya pozuntusu sayır. APA-nın "news.am" saytına istinadən verdiyi məlumata görə, sabiq xarici işlər naziri Raffi Ovannisyanın rəhbərlik etdiyi və Ermənistanın qabaqcıl müxalifət partiyalarından olan "İrs" Partiyası bu gün yaydığı bəyanatda ölkənin Avrasiya İqtisadi Birliyinə qoşulmasını sərt tənqid edib.
"Ermənistanın Avrasiya İqtisadi Birliyə qoşulması qərarı siyasi qüvvələrlə açıq və şəffaf müzakirələr aparılmadan qəbul olunub. Bu, cəmiyyətdəki çoxluğun etimadsızlığını daha da dərinləşdirmiş oldu", - deyə bəyanatda deyilir.
Sənəddə bildirilir ki, bu təşkilatda Ermənistan bərabərhüquqlu üzvdən çox, "yoxsul qohum" olacaq: "Hakimiyyətin ora can atmasını isə sadəcə, özünü qorumaq arzusu ilə izah etmək olar. Tamamilə aydındır ki, hakimiyyəti saxta seçkilər yolu ilə zəbt etmiş cənab Sarkisyan Ermənistan xalqı adından heç biz saziş imzalamaq səlahiyyətinə malik deyil".