İranla nüvə danışıqlarının 8-ci mərhələsi başa çatıb Dünya

İranla nüvə danışıqlarının 8-ci mərhələsi başa çatıb

Avropada ümid edirlər ki, noyabrın 24-nə əhatəli razılaşmaya nail olmaq mümkün olacaq
İran və beynəlxalq vasitəçilərdən ibarət "Altılıq" arasında Avstriyanın paytaxtı Vyanada baş tutan nüvə danışıqlarının səkkizincu mərhələsi başa çatıb.
"Fars" agentliyinin verdiyi xəbərə görə, İranın nüvə müzakirəçiləri dünən Vyananı tərk edərək Tehrana qayıdıdblar.
"Associated Press"in məlumatına əsasən, ABŞ tərəfi dünənki danışıqlarda İrana yeni təkliflər verib. İran rəsmiləri bu təklifi Tehranda müzakirə edəcəklər.
Təklifdə İranda olan nüvə infrastrukturunun xeyli hissəsinin qorununb saxlanılmasına icazə veriləcəyi, əvəzində isə İranın nüvə faliyyətini azaltmalı olduğu bildirilir.
İranlı rəsmilər ötəngünkü danışıqların çox çətin keçdiyini, lakin bütün ixtilaflı məsələlərdə irəliləyişin əldə olunduğunu bildiriblər.
"İran və "altılıq" ölkələri arasında danışıqlar kritik mərhələni keçir, lakin razılaşma noyabrın 24-də əldə oluna bilər". Bunu isə Vyanada sona çatmış danışıqların yekunlarına dair Avropa diplomatiyasının rəhbəri Ketrin Eştonun mətbuat katibi Maykl Mann bildirib. "Biz irəliləyişə və, əvvəlki kimi, noyabrın 24-nə əhatəli razılaşmaya inadla nail olmağa çalışırıq", deyə Mann vurğulayıb.
Onun sözlərinə görə, "İranın nüvə məsələsinin həlli istiqamətində diplomatik səylər kritik mərhələni keçir". "Ekspertlər yaxın günlərdə görüşərək texniki işi davam etdirəcəklər", deyə Mann əlavə edib.