8 Noyabr 10:28
30 İyul 2020 17:32
6 342
ABŞ Prezidenti Donald Tramp noyabr ayında keçiriləcək prezident seçkilərini təxirə salmağa çağırış edib.
D.Tramp bu barədə öz “Twitter” səhifəsində yazıb.
O qeyd edib ki, pandemiya ilə əlaqədar builki seçkilərdə poçt vasitəsilə səsvermə tətbiq olunsa, nəticələr qeyri-dəqiq və saxta ola bilər:
“Bu, ABŞ üçün çox böyük utanc mənbəyi olacaq”.
Qeyd edək ki, ABŞ-da prezident seçkiləri noyabrın 3-ə nəzərdə tutulub. Hazırkı prezident Donald Trampın rəqibinin sabiq vitse-prezident Co Baydenin olacağı gözlənilir.
8 Noyabr 17:57
1 008
8 Noyabr 12:30
1 274
8 Noyabr 11:59
1 358