Aydın Bayramov: "Meydanda olarkən qarşındakı futbolçunun ulduz olmasını hiss etmirsən" - MÜSAHİBƏ
Pakistanlı nazir: Azərbaycan ilə Pakistan arasında rəqəmsal əməkdaşlıq yeni mərhələyə qədəm qoyur
Serbiyada Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd edilib - FOTO
AYNA daha bir neçə istiqamət üzrə keçirdiyi müsabiqələrin qaliblərini müəyyən edib
Rusiyanın keçmiş baş naziri terrorçular və ekstremistlər siyahısına daxil edilib
3 Sentyabr 2020 09:05
2 170
Koreya Respublikasının cənub-şərq sahillərindən irəliləyən “Maysak” qasırğası səbəbindən ən az 64 min ev elektriksiz qalıb.
“Yonhap” xəbər agentliyi xəbər verir ki, bu barədə Milli Meteorologiya Administrasiyası məlumat yayıb.
Bildirilib ki, “Maysak” ölkə tarixində müşahidə edilən sürətinə görə sayca 7-ci qasırğadır.
Cənub Jeju adasının ərazisində küləyin sürəti 49 m/s-yə çatıb. Dağlıq bölgələrə 1000 mm yağıntı düşüb. Çox sayda xəsarət alanlar var, əhaliyə maddi ziyan dəyib.
Ölkənin cənub-şərqindəki Busan şəhərindəki əsas magistral və köməkçi yollarda hərəkət dayandırılıb.
Koreya Dəmir Yolları Korporasiyası (KORAIL) ehtiyat tədbiri olaraq çərşənbə günü təxminən 40 reysi ləğv edib. Ölkənin cənub bölgələrində çərşənbə axşamı günündən etibarən fırtına xəbərdarlığı edilib.