İsveç Fələstin dövlətini tanıyıb Dünya

İsveç Fələstin dövlətini tanıyıb

İsveçin xarici işlər naziri Marqot Valstrom İsveç hökumətinin Fələstin dövlətini tanıdığını bəyan edib. Bu barədə "RİA Novosti" "Frans Press" agentliyinə istinadən xəbər yayıb.
Valstrom bəyan edib: "Bu gün hökumət Fələstin dövlətini tanımaq barədə qərar qəbul edib. Bu, fələstinlilərin öz müqəddəratını təyinetmə hüququnu təsdiqləyən mühüm addımdır".
Bir müddət əvvəl ölkənin Baş naziri Stefan Löven İsveçin Fələstini suveren dövlət kimi tanıyacağını bəyan etmişdi.