“Vitol Group”a qarşı aparılan əməliyyat bir ölkəni qarışdırdı Dünya

“Vitol Group”a qarşı aparılan əməliyyat bir ölkəni qarışdırdı

Braziliya nəfəs ala bilməyəcək vəziyyətə gətirilib

Təəccüblü də olsa, Türkiyə və Braziliya arasında oxşarlıqlar var. Yaxın keçmişdə bizdə keçirilən əməliyyatların bəziləri orda da keçirilir. Ancaq orda hədəflərinə çatarkən, Türkiyədə bu, mümkün olmurdu. Əsl məqsəd hər zaman gizlədilməyə çalışılsa da, niyyət ölkənin idarəsini ələ keçirə bilməkdir. Əlbəttə ki, bu, heç vaxt dilə gətirilməz. Media baş verən hadisəyə ssenari ətrafına toplanmış kimsələrin gözü ilə baxır. Vəziyyət belə olduqda, həm daxili, həm də xarici anlaya bilmək olduqca çətinləşir. Buna nümunə olaraq, “Vitol Group” və arxasında dayanan güclər barədə yazdım. Bu barədə nə “pis”, nə də “yaxşı” deyə fikir bildirdim. Çalışdım ki, mümkün qədər mənzərəni canlandıra bilim.
“Strateq” “Takvim”ə istinadən yazır ki, bu şirkətin quruluş tərzi belə çox fərqlidir, başqa şirkətlərə bənzəmir. “Vitol Group”un işçiləri və rəhbər heyəti barədə məlumat əldə etmək olduqca çətindir. Sanki qapalı qutudurlar. Elə isə bu şirkətə qarşı olan güclər mövcuddurmu? Əlbəttə ki, bəli. Bunun da nümunəsini Braziliyada gördük. “Vitol Group”a qarşı əməliyyat keçirmək istəyənlər Braziliyanı hədəf seçdilər. Plan hazırlandı, düyməyə basıldı və ortalıq bir-birinə qarışdı. Çünki Latın Amerikada da ən güclü şirkət Vitol sayılırdı. Brazilya Cənubi Amerikanın ən güclü və strateji ölkəsidir. ABŞ-da mövcud olan güc London, Paris və Hamburqda yaşayan iş adamları ilə ortaq bir plan qurdu.
Hədəf “Vitol Group” idi. 23 Avqustda Vitola qarşı əməliyyat qərarı verildi. Ancaq bir problem var idi. Braziliya Prezidenti Dilma Rusef Vitola neft gəlirləri səbəbiylə qarşı çıxmadı. O, devrilməli idi. Prezident 31 avqust 2016-cı il tarixdə büdcə kəsirini gizlətməsi bəhanəsi ilə vəzifəsindən azad edildi. Şirkətin adamı hesab edilən Mişel Temer bir neçə saat sonra Braziliya prezidenti oldu. Dilma əfsanəvi ad olaraq bilinən Luladan sonra kresloya gəlmişdi. O, daha əvvəl Petrobrasın (Brazilya şirkəti) rəhbəri idi.
Mişel Temerin gəlişi London, Paris və Hamburqda sevinclə qarşılandı. Qəribədir ki, xaricdə yaşanan bu sevinc nümayişləri ölkənin daxilində hiss olunmurdu. Temer vəzifəyə gəldikdən cəmi 14 gün sonra Vitola qarşı əməliyyat başladıldı. Braziliyanın keçmiş prezidenti Lula de Silvanın da daxil olduğu “Maşınyuma” əməliyyatı gündəmin başında idi. “Vitol Group”un adı Brazilya şirkəti olan Petrobrasda baş verən korrupsiya faktları ilə birgə çəkilməyə başladı. ABŞ Ədliyyə Nazirliyi qısa müddət ərzində bəzi amerikalı iş adamlarını da Vitol ilə eyni cərgədə göstərib, onları korrupsioner elan etdi. Bir çox dövlət başçıları, nazirlər, millət vəkilləri və iş adamları korrupsiya ilə günahlandırıldı. Braziliya çalxalanırdı. Dilma zəngin bir adam deyildi, amma getməli idi. Gedəndə ilk açıqlamasında “Bu, bir siyasi çevrilişdir” deyə bildirdi. Qurulmuş ssenari ABŞ Ədliyyə Nazirliyinin dəstəyi ilə daha da inandırıcı alınmışdı.
Şirkət daha sonra hətta 853 milyon ABŞ dolları məbləğində pul cəzası aldı. Bununa baxmayaraq, “Vitol Group” Braziliyada çox güclü idi. Hüquq sistemini ləngitməyi bacardı. Dilmadan sonra kresloya oturan Mişel Temer 2015-ci ildə başlayan istintaqı daha alovlandırırdı. Ancaq Cel Bolsonaro adlı şəxs ölkədə bu əməliyyata qarşı səssiz bir kampaniya aparırdı. Bu əməliyyatın ABŞ və Avropa tərəfindən Braziliyanı çətin vəziyyətə gətirmək üçün hazırlandığını iddia edən Bolsonaro, 28 oktyabr 2018-ci ildə keçirilən Prezident seçkilərində 55.1 faiz səslə qalib gəldi. Ancaq seçki kampaniyaları ərəfəsində bıçaqlı hücuma məruz qaldı. Hadisədən yaralı olaraq qurtulmağı bacardı. Dilma dövründə yavaş-yavaş başlayan “Maşınyuma” əməliyyatı Mişel Temerin vaxtında daha da sürətləndi.
Ancaq mübarizə çox yuxarı səviyyələrdə gedirdi. Mişel Temer əməliyyatları edərək, bir tərəfdən də səs yazısı qeydə alınırdı və özü cinayət məsuliyyəti daşıyırdı. Daha sonra Temer “Angra 3” adlı nüvə stansiyasının inşasında rüşvət aldığı üçün həbs olundu. “Vitol Group” ona qarşı edilən bu həmləyə həmlə ilə də cavab verdi. Bir çox hüquqşünasın işinə xitam verildi, həbs olunan şübhəlilərin çox hissəsi sərbəst buraxıldı. İndi isə Brazilyada ən böyük hədəf Cel Bolsonarodur. Çünki şirkət bu adamı hələ də satın ala bilməyib. Ortada isə heç bir qanunsuz fəaliyyəti yoxdur.
“Vitol Group” Braziliya neftini digər şirkətlərdən daha yüksək qiymətə bazara çıxaracağına söz verdi. Bolsonaro da şirkətin təsir gücünə bələd olduğu üçün neft ticarətində baş verən pozuntuların qarşısını ala bilmək məqsədilə tərəf oldu. Əslində o, doğru olanı edərək, ölkənin milli maraqlarını qorumağa çalışırdı. Ancaq onun bu davranışından bəziləri narahat olurdu. İndi Ağ Evdəki gücünü itirən tərəf London, Paris və Hamburg üzərindən Aralıq dənizindəki “Vitol Qroup”a son qoymaq istəyir.
Buna nail ola bilərmi? Əslində yox, çünki bu, asan deyil. Ona görə ki, “Vitol Group” neft satışında yeganə gücdür. İstədiyiniz qədər neft çıxarın. İstədiyiniz qədər təbii qaz ehtiyatına sahib olun. Şirkət yoxdursa, işiniz çətinləşəcək. Vitol Group, sistemin ən böyük oyunçusudur. Əgər bu şirkətin vasitəçiliyi olmasa,Venesuela və ya İranın vəziyyətinə düşəcəksiniz. Venesuela və İranda çoxlu neft var. Bununla birlikdə,Vitol Group keçən il İrandan bir az geri çəkilməyə qərar verdi. Şirkət embarqodan sonra İranla etdiyi ticarəti ancaq 60 faiz azaltdı. Əgər “Vitol Qroup” İranla köhnə sistemə qayıtmağa qərar verərsə, ABŞ-ın embarqosu öz təsirini itirəcək. ABŞ embarqo tətbiq etsə də, şirkət dəfələrlə İranla işləyəcəyini bəyan edib. İrana embarqo tətbiq edən böyük güc belə “Vitol Group”dan üstün deyil.
“Anqra 3” Nüvə Elektrik Stansiyası ilə əməkdaşlıq edən firmalardan “Engevix”in sahibi Co Antons Sobrino “zərəsizləşdirmə əməliyyatı” çərçivəsində baş prokurorluğa Mişel Temerin məlumatı daxilində polkovnik Limaya 250 min dollar rüşvət verdiyini etiraf etmişdi. Braziliyada keçmiş prezidentlər Lula de Silva və Dilma Rusefə qarşı açılan məhkəmə işləri də sona çatmadı. 2002-ci ildən 2016-cı ilədək Petrobrasdan pul mənimsəməyə davam etdikləri iddia edildi. Ölkə “UTC Participações” və “Odebrecht” firmalarının Petrobrasla çirkli əlaqələrinin olması xəbəri ilə silkələnir. Brazilyanın daxili işləri tamamilə xaricdən qarışdırılırdı. Ölkə nəfəs ala bilməyəcək vəziyyətə gətirilirdi. Bu ölkədə prezident olmaq oddan hazırlanmış köynəyi geyinməyə bənzəyir. Heç kimə zəmanət verilmir. Mən sadəcə olaraq, ən yuxarı səviyyədə hazırlanan ssenarilərdən xəbər verməyə çalışıram.
Aralıq dənizi isə artıq manşetlərdədir və orada da qalacaq. Türkiyə dövlət ağlı ilə əlbəttə ki, öz kursunu ən yaxşı şəkildə tamamlayacaq. Qeyd edim ki, ancaq Braziliya kimi daxildə birləşə bilməsək, işimiz daha da çətinləşəcək. Xaricə nümayiş etdirəcəyimiz daxili birliyimiz masadan böyük pay almağımıza səbəb ola bilər. Bunun əksi sadəcə olaraq vaxt itkisidir. Heç kim “yaxşı”, və ya”pis” deyil. Sadəcə olaraq önəmli olan milli maraqlardır. Qalanları nağıllardır.