ABŞ-ın neft ehtiyatları azalıb, hasilat sabit qalıb - RƏSMİ Dünya

ABŞ-ın neft ehtiyatları azalıb, hasilat sabit qalıb  - RƏSMİ

ABŞ-ın kommersiya neft ehtiyatları həftə ərzində təxminən 2 mln. barel azalaraq sentyabrın sonuna 492,426 mln. barel təşkil edib.

Bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyinin (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1 mln. barel azalacağını proqnozlaşdırırdı.

Nazirliyin məlumatına görə, həftə ərzində ABŞ-da gündəlik neft hasilatı dəyişməz qalıb – 10,7 mln. barel. Son dörd həftə ərzində ABŞ-da gündəlik orta neft hasilatı 10,575 mln. barel olub.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.