Ebolaya çarə tapıldı Dünya

Ebolaya çarə tapıldı

Yaponiyanın "Fujifilm Holdings" şirkətinin "Aviqan" preparatı Ebola virusuna qarşı dünyada ilk dərman kimi beynəlxalq lisenziya ala bilər.
"RİA Novosti"-nin verdiyi məlumata görə, lisenziya artıq yanvarda verilə bilər. Noyabrda preparat Fransa və Qvineyada sınaqdan keçiriləcək. Sınağın nəticələri dekabrda bilinəcək.
"Aviqan" Yaponiyada bu ilin martından qripə qarşı preparat kimi satılır.