Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
28 Oktyabr 2020 09:09
2 065
Noyabr ayında ABŞ-da keçiriləcək ümumi seçkilərdə 68 milyondan çox ölkə vətəndaşı vaxtından əvvəl səs verib.
Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə hesablamalar Florida ştatı Universitetinin professoru Maykl Makdonald tərəfindən yaradılan "United States Elections Project" layihəsində dərc edilib.
Məlumata əsasən, ümumilikdə ABŞ-da 68 594 113 nəfər artıq vaxtından əvvəl səs verib. Vaxtından əvvəl səs verən vətəndaşların sayına görə ilk pillədə Texas ştatı (7 802 505 amerikalı), ikinci pillədə Kaliforniya ştatı (7 402 302), üçüncü pillədə Florida ştatı (6 427 773), dördüncü pillədə isə Şimali Karolina ştatı (3 411 850) qərarlaşıb.
Vaxtından əvvəl seçimini edən vətəndaşların sayının 1 milyonu keçdiyi ştatların sayı 16-ya bərabərdir.
16 May 11:14
1 407
16 May 11:09
2 611
15 May 20:36
1 743