Türkiyə təyyarəsini Ukraynaya enməyə qoymadılar Dünya

Türkiyə təyyarəsini Ukraynaya enməyə qoymadılar

Türkiyə Hava Yollarına (THY) aid TK-467 səfər saylı, İstanbul – Odessa reysi ilə hərəkət edən "Airbus-321" tipli sərnişin təyyarəsi Ukraynadan geri qaytarılıb. Buna, havanın əlverişsiz olması səbəb olub. Türkiyə vaxtı ilə saat 19.24-də (Bakı vaxtıyla 21.24) 155 sərnişinlə havaya qalxan təyyarə Odessaya çatdığı zaman hava limanının qülləsindən havanın eniş üçün əlverişli olmadığı bildirilib.
Bundan sonra geri qayıtmağa qərar verən kapitan-pilot yerli vaxtla saat 21.42-də təyyarəni sağ-salamat İstanbul "Atatürk" hava limanına endirib. Təyyarənin sərnişinləri isə otellərə yerləşdirilib.