Ermənistanda çörək bahalaşıb Dünya

Ermənistanda çörək bahalaşıb

Erməniləri daha betər aclıq və səfalət gözləyir

Cavid

Rusiya rublunun qiymətinin kəskin şəkildə düşməsi fonunda Ermənistan valyutası olan dramın məzənnəsi də sürətlə enməyə başlayıb. Bu isə öz növbəsində bir sıra əsas tələbat mallarının bahalaşmasına səbəb olub.
Həftənin əvvəlindən ət, süd və çörək məmulatlarının qiyməti 10 faizədək artıb.
Mağaza sahibləri bahalaşma prosesinin bundan sonra da davam edəcəyini deyirlər. Təhlilçilər bunun səbəbini Qərbin Rusiyaya sanksiyaları nəticəsində rublun qiymətinin enməsi ilə izah edirlər.
Arman adlı mağaza sahibi BBC Azərbaycancanın İrəvan müxbirinə deyib ki, kolbasanın qiyməti azı 100 dram (0,23 dollar) artıb, süd məhsulları 20 dram bahalaşıb. Qiymətlərin artmasını təchizatçılar Ermənistan dramının məzənnəsinin aşağı düşməsi ilə izah edirlər. Lakin mağaza sahibi süd məhsulları istehsalının idxalatla bağlı olmadığını deyir.
"Aştarak kat" süd məmulatları istehsal edən şirkətdən qiymətləri qaldırmağa məcbur olduqlarını bildiriblər.
Çünki şirkətin məlumatına görə, hələ keçən il tədarük edilən südün, kərə yağının, konserv məhsullarının, həmçinin elektrik enerjisi, qaz və başqa yanacaq növlərinin qiymətləri artıb.
Dramın qeyri-sabitliyi səbəbindən İrəvanın valyutadəyişmə məntəqələri xarici valyuta satmaqdan qaçımağa çalışırlar
Yeri gəlmişkən, ötən gün İrəvanın valyutadəyişmə məntəqələrində 1 ABŞ dollarının qiyməti rekord səviyyəyə - 465-470 drama çatıb, lakin axşama yaxın, Mərkəzi Milli Bankın müdaxiləsi sayəsində, qiymət 450 drama enib.
Hələ noyabrın sonunda 1 ABŞ dollarını 408-410 Ermənistan dramına almaq olardı.
Ermənistanda donuz əti də bahalaşıb. Məlumatlara görə, bu yaxınlara qədər İrəvan bazarlarında donuz ətinin kiloqramı 2800-3000 drama satılırdısa, indi qiymət 4200 dramdır. Ermənistanın tert.am saytının verdiyi xəbərə görə, "Çiçəklənən Ermənistan" partiyasından parlamentə deputat seçilmiş Vaan Karapetyana məxsus "Vasanavi" şirkətinə aid ölkənin ən böyük donuz fermalarından birində 25.000 min donuzun öldüyü bildirilir. Sahibkar-deputat fermalarından birinin ümuiyyətlə boşaldığını etriaf edib. Karapetyan bunun səbəbini hansısa mənşəyi bilinməyən xəstəliklə əlaqələndirib. Bəzi erməni mənbələri isə bunu deputatın biznesini zəiflətmək üçün kimlərinsə təxribatı kimi yozur. Həmin mənbələr anoloji faktın başqa yerlərdə müşahidə olunmadığını əsas gətirirlər.
İqtisadçı, professor Aşot Tavadyan qiymət artımını Rusiya amili ilə izah edir: "Hər necə olsa da, Rusiyaya qarşı sanksiyalar Ermənistana təsir etməyə bilməz. Çünki bu iki ölkənin iqtisadiyyatları bir-biri ilə sıx bağlıdır".
Bundan başqa, onun sözlərinə görə, Rusiyadan Ermənistana böyük məbləğdə transfertlər gəlir və orada iqtisadi vəziyyətin pisləşməsi Ermənistana da təsir edir.
Eyni zamanda Ermənistanın iqtisadiyyat naziri Karen Çşmarityan ölkə valyutasının məzənnəsinin düşməsini "spekulyasiya sövdələşmələrinin" nəticəsi adlandırır.
Jurnalistlərə görüşü zamanı nazir deyib ki, Ermənistanın mövcud iqtisadi göstəriciləri məzənnənin bir gün ərzində, belə kəskin tərəddüdünə səbəb ola bilməzdi.
"Bu, iqtisadi situasiyanın nəticəsi deyil. Mən hesab edirəm ki, vəziyyət sabitləşəcək. Mövcud qanunverici və inzibati alətlər nəzərə alınaraq, Mərkəzi Bank qısa müddətdə vəziyyəti tənzimləyər", - nazir Çşmarityan bəyan edib.
Dünən isə erməni mətbuatı yazıb ki, Ermənistanda çörək və un məmulatlarının qiyməti bahalaşıb. Ölkənin "Pastinfo.am" nəşri yazıb ki, çörəyin bahalaşmasına unun qiymətlərinin artması səbəb olub.
Sonuncu dəfə beynəlxalq bazarda buğda və unun qiymətlərində artım Ukraynadakı böhranla bağlı fevral və mart aylarında qeydə alınmışdı.
Ermənistan prezidenti isə ölkə iqtisadiyyatında artım olduğunu deməklə, daxili auditoriyanı sakitləşdirməyə cəhd göstərib. Prezident Serj Sarkisyan bu sözləri Ermənistan sənayeçiləri qurultayının açılışında deyib ki, "iqtisadiyyatda proqres göz qabağındadır".
Zalda oturanlar əvvəlcə təəccübləniblər, fikirləşiblər ki, yəqin dövlət başçısı hansısa başqa ölkədən danışır. Amma belə deyilmiş. Sarkisyan öz çıxışında "faktlar" və "rəqəmlər" sadalamaqla sübut eləməyə çalışıb ki, son 20 il ərzində qazanılmış uğurlar hesabına Ermənistanda hər şey "okey"dir.
Bu, yerli iqtisadçıların prezidentlə qiyabi polemikasına səbəb olub. Onlardan biri Artek Manukyan jurnalistləri başına yığaraq bildirib ki, Ermənistanda yeni il qabağı bahalaşma indi-indi başlayır. Amma burası dəqiqdir ki, yaxın günlərdə qiymətlər, hər şeydən öncə ərzağın qiyməti kəskin artacaq. Onun fikrincə, bahalaşma güclü olacaq, həm spekulyativ, həm də obyektiv səbəblər üzündən bahalaşma baş verəcək.
Buna görə də, Manukyan hesab edir ki, Ermənistan vətəndaşları 2015-ci ili əvvəlkinə baxanda daha qənaətcil qarşılamalıdırlar. Bununla yanaşı, dolların məzənnəsinin də kəskin bahalaşması iqtisadçıları narahat edir. Bu valyuta gündə ən azı 4 dram bahalaşır. Ölkənin baş naziri Ovik Abramyan hətta ölkənin mərkəzi bankına müraciət edərək valyuta möhtəkirliyi risklərinin qarşısını almağı xahiş edib.
Bundan başqa, statistika göstərir ki, ölkədən gedən miqrantların sayı əvvəlki illərə nisbətən nəzərəçarpacaq dərəcədə artıb. Serj Sarkisyan isə ölkə iqtisadiyyatındakı uğurlar barədə "bülbül kimi ötməyə" davam edir. Yəni əsil erməni kimi davranır. Bir şey deyib, başqa şey düşünür.