Medvedevdən növbəti etiraf Dünya

Medvedevdən növbəti etiraf

"Qərbin sanksiyaları və neftin ucuzlaşması Rusiya iqtisadiyyatına mənfi təsir göstərir"

"Rusiya valyutadəyişmə məntəqələrində valyuta kursları əsassız şəkildə bizim iqtisadiyyatımız üçün komfort olan səviyyədən kənara çıxıb".
APA-nın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu Rusiyanın baş naziri Dmitri Medvedev hökumətin maliyyə-iqtisadi bloku ilə keçirdiyi müşavirədə deyib.
D. Medvedev bildirib ki, rubla lazımi dəyər verilmir və rublun hazırkı kursu iqtisadiyyatdakı real vəziyyəti əks etdirmir: "Biz iki faktordan qaynaqlanan problemlərlə qarşılaşmışıq. Bu faktorlar bizim ölkəmizdən asılı deyil".
Hökumət rəhbəri Rusiya iqtisadiyyat üçün problem yaradan faktorlar kimi neftin ucuzlaşmasını və sanksiyaları göstərib. O qeyd edib ki, Qərbin sanksiyaları nəticəsində xarici bazarlar Rusiya şirkətləri və bankları üçün demək olar ki, bağlanıb.