Ərdoğan qalmaqallı qanunu təsdiqlədi Dünya

Ərdoğan qalmaqallı qanunu təsdiqlədi

Türkiyə rrezidenti Rəcəb Tayyib Ərdoğan Türkiyə Böyük Millət Məclisində geniş müzakirələrə səbəb olan "Büdcə haqqında" qanunu təsdiqləyib.
R.T.Ərdoğan təxminən 10 gündür müzakirələri ararılan qanununla bağlı son qərarını verib. Prezident eyni zamanda 2013-cü il üçün "Mərkəzi İdarə Hesab" qanununu da təsdiqləyib.
"Büdcə haqqında" qanun alt komisyalarda təxminən 60 gündür müzakirə edilirdi və bu müzakirələr zamanı tez-tez mübahisələr yaranırdı.
Bu qanun hətta baş naziri Əhməd Davudoğlu ilə Cumhuriyyət Xalq Partiyasının lideri Kamal Kılıçdaroğlunu da qarşı-qarşıya gətirmişdi. Baş nazir büdcə müzakirələri zamanı çıxış edərkən müxalifəti tənqid etmişdi.
Davudoğlu Kılıçdaroğlunu Suriyanı tənqit etdiyinə görə "Siz zərbəçisiniz" deyə itiham etmiş və hadisə gündəmə bomba kimi düşmüşdü.