17 Noyabr 11:44
17 Noyabr 10:22
4 Mart 2021 09:01
1 379
Dünyada əmək miqrantlarının təxminən dörddə biri işləmək üçün Kanadaya köçməyə üstünlük verir.
Trend-in məlumatına görə, bu barədə "BCG" və "The Network"un "Qlobal istedad bazarının - fiziki və virtual - təhlili" tədqiqatında deyilir.
Məlumata əsasən, sorğuda iştirak edənlər arasında işləmək üçün ABŞ, Avstraliya və Almaniyanı da seçənlər olub. Respondentlərin 24 faizi Kanadanı seçib: "Kanada əmək miqrantları üçün ABŞ-ı geridə qoyaraq ən cəlbedici ölkə oldu".
Qeyd edilir ki, 2014 və 2018- ci illərdə keçirilən analoji tədqiqatlarda Kanada üçüncü, ABŞ isə ənənəvi olaraq birinci yeri yeri tuturdu. 2020-ci ildə keçirilən sorğuda ABŞ və Avstraliyanı 20 faiz , Almaniyanı 19 faiz, Böyük Britaniyanı və Yaponiyanı isə 14 faiz respondent seçmişdi.
17 Noyabr 22:10
1 015
17 Noyabr 20:58
1 036
17 Noyabr 20:57
959