Türkiyədən Serjə cavab Dünya

Türkiyədən Serjə cavab

XİN: "Bunlar səmimilikdən uzaq yanaşmalardır"

Ermənistan prezidenti Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarını geri çağırmaq barədə qərarına rəsmi Ankaradan ilk reaksiya verilib. Türkiyə Xarici İşlər Nazirliyindən Sarkisyanın qərarına münasibət bildirilib.
XİN bu qərarı yanlış və uğursuz bir addım adlandırıb. "Bunlar səmimilikdən uzaq yanaşmalardır".
"Protokollar Ermənistan parlamentində gözlədilirdi. Ancaq heç bir addım atılmırdı. Bu qərar Ermənistan qurumlarının daxili qiymətləndirmələridir. Ancaq biz bunun doğru olmadığına inanırıq. Yanlış və uğursuz bir addımdır".
Xatırladaq ki, Ermənistan prezidenti S.Sarkisyan ötən gün protokollar barədə parlamentin sədri Qalust Saakyana məktub göndərib. Məktubda deyilir ki, Türkiyə ilə münasibətlərin normallaşması prosesini özündə ehtiva edən Ermənistan-Türkiyə protokollarının imzalanmasından 6 il keçib. O qeyd edib ki, bu ötən vaxt ərzində heç bir nəticə əldə olunmayıb.
Türkiyə və Ermənistan arasındakı protokollar 2009-cu ildə imzalanıb. O zaman əldə olunan razılığa əsasən, iki ölkə arasında diplomatk münasibətlər qurulmalı və sərhədlər açılmalı idi. Bununla yanaşı, ermənilərin "soyqırımı" iddialarını araşdırmaq üçün müştərək tarix komissiyası yaradılmalı və Ermənistan Türkiyə sərhədlərini rəsmən tanımalı idi.