“İrəvana od vuracağıq” Dünya

“İrəvana od vuracağıq”

Ermənistan Nazirlər Kabineti binası önündə aksiya keçirənlər hökuməti hədələyib

İrəvanda onlarla vətəndaş Nazirlər Kabineti binası önündə etiraz aksiyası keçirib. APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, etirazçılar hökumət binalarını yandıracaqlarını bildiriblər.
Baş naziri və paytaxt merini yalan vədlər verməkdə ittiham edən aksiya iştirakçıları Nazirlər Kabineti binasına yaxınlaşmağa cəhd etsələr də, polis əməkdaşları buna mane olublar.
"Onlar evlərimizi qaytarmasalar, İrəvana od vuracağıq. Qruplara bölünəcəyik və benzinlə dolu şüşələrin köməkliyi ilə hökumət binalarını yandıracağıq", - deyə aksiya iştirakçılarından biri bildirib.
Qeyd edək ki, 2008-ci ildə İrəvanda bəzi fərdi evlər dövlət maraqları zonalarına düşdüyündən sökülüb. Ev sahiblərinə 3 il müddətində yeni mənzillər veriləcəyi bildirilsə də, bu vaxtadək bu vədə əməl olunmayıb.