Klinton narahatdır Dünya

Klinton narahatdır

"Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər"

Rusiyanın təcavüzü digər dövlətlərə də yayıla bilər. APA-nın "The Los Angeles Times"a istinadən verdiyi məlumata görə, belə bir bəyanatla ABŞ-ın sabiq dövlət katibi Hillari Klinton çıxış edib.
Monrealda keçirilən tədbirdə çıxışı zamanı H.Klinton qeyd edib ki, Rusiya prezidenti Hillari Klintonun Krıma qoşun yeritmək üçün arqumenti Ukraynanın digər hissələrində, habelə Estoniya, Latviya və Litvada istifadə oluna bilər.
"Putinin etdikləri qeyri-qanunidir. Bu, beynəlxalq hüquqa ziddir", - deyə o vurğulayıb.
H.Klinton qeyd edib ki, ABŞ Avropanın enerji müstəqilliyi üçün daha çox işlər görməlidir.