AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: qadın özünü hərəkətdə olan qatarın yoluna atdı
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
10 Mart 2022 09:34
2 380
Şabranda oğul anasını qətlə yetirib.
Şabran rayon Prokurorluğundan verilən xəbərə görə, martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin oğlu 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.