“Azərbaycan dövləti öz milli qərarvermə modelini qoruyub”
1 Noyabr 12:48
1 Noyabr 12:48
31 Oktyabr 17:08
31 Oktyabr 16:39
Deputat da hökumət qədər məsuliyyət daşıyır - Qüdrət Həsənquliyevdən SENSASİON açıqlamalar
Milli Məclisin sədri Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edib -FOTO
Ukraynanın Odessa vilayətinə dron hücumu olub, iki nəfər ölüb, bir yaralı var
Baydenin müşaviri onun seçkilərdən geri çəkilməsinin əsas səbəbini açıqlayıb
ABŞ beynəlxalq sularda narkoterroçularun qayığını məhv ediblər, ölənlər var
15 Mart 2022 12:43
4 711
“Əhali icbari tibbi sığorta ilə bağlı Xidmətlər Zərfi çərçivəsində 2500-dən çox xidmət ala bilir. Əvvəllər insanlar üçün əlçatmaz olan bir çox tibbi xidmətlər artıq pulsuz əhaliyə təqdim edilir”.
APA xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında Nazirlər Kabinetinin 2021-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi zamanı Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.
Ə. Əmiraslanov qeyd edib ki, yüksək maliyyə tutumlu əməliyyatlar sığorta çərçivəsində həyata keçirilir: “Ölkəmizdə artıq ailə həkimi institutu formalaşmağa başlayıb. İcbari tibbi sığortada olan məmnunluq ölkəmizdə tədricən artmağa başlayıb. Ancaq onu da bilməliyik ki, bu məmnunluq birdən-birə əmələ gəlmir. Bütün bu uğurlara baxmayaraq, əhali tərəfindən icbari tibbi sığortanın həyata keçirilməsi ilə bağlı narahatlıqlar da mövcuddur. Birinci, bir çox yüksək texnologiyalı əməliyyatların həyata keçirilməsi üçün klinikalarımızda böyük növbələr var. İcbari tibbi sığorta zərfinin genişlənməsinə də böyük ehtiyac var. İcbari tibbi sığorta rəhbərliyi gələcəkdə bunu nəzərə almalıdır. Azad olunmuş ərazilərdə yeni tibb müəssisələrinin yaradılmasına başlanıldığını da qeyd etmək istərdim”.
1 Noyabr 17:46
1 834
1 Noyabr 14:21
1 827
31 Oktyabr 20:55
2 247