“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
6 Aprel 2022 13:15
4 032
Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən aparılmış araşdırma nəticəsində Goraboy, İsmayıllı və Zaqatala rayonlarının ərazilərində qanunsuz ağackəsməyə görə 3 cinayət işi, həmçinin Masallı və Bakının Xəzər rayonlarında yerin təkindən istifadə qaydalarının pozulması və torpaq zəbtinə görə də 3 cinayət işi başlanmışdır.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan, həmçinin bələdiyyələrin mülkiyyətində olan ərazilərdə yaşıllıqların və meşə fonduna daxil olmayan ağacların kəsilməsi, qanunsuz qum-çınqıl hasilatının aparılması faktları təsdiqini tapmışdır.
Qanunsuz ağackəsmə və qum-çınqıl hasilatının aparılması hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyən edildiyindən, faktlarla bağlı Cinayət Məcəlləsinin 188.1 (torpaq üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu pozma), 255.1 (yerin təkinin qorunması və istifadəsi qaydalarını pozma), 259.1, 259.2.4 (qanunsuz ağac kəsmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işləri başlanılaraq istintaqın aparılması üçün rayon prokurorluqları və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilmişdir.
10 Sentyabr 22:20
735
10 Sentyabr 17:15
938
10 Sentyabr 14:17
875