“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
ABŞ-dən açıqlama: Səudiyyə Ərəbistanı uranı zənginləşdirməyəcək
Polşada hərbçilərə səmadakı kənar obyektləri vurmaq icazəsi verilib
Azərbaycan Hava Yollarının Sərnişin Aviaşirkətinə yeni rəhbər təyin olunub
25 May 2022 11:51
2 009
Azərbaycanda vəkillərin elektron məktub göndərə bilməməsi vaxt itkisinə səbəb olur.
Bunu Vəkillər Kollegiyasının İdarə Heyətinin sədri Anar Bağırov Avropa Vəkillər Kollegiyaları və Hüquq Cəmiyyətləri Şurasına (CCBE) üzvlüyə qəbulla bağlı ictimai təqdimat zamanı deyib.
O bildirib ki, problemin aradan qaldırılması üçün ciddi vəsait tələb edilir:
"Bu gün vəkillər elektron məktub göndərə bilmirlər. Bu bizim üçün çox böyük vaxt itkisidir. Çünki məktub yazıb verirlər poçta, prosedur qaydası da vaxt alır.
Biz öz üzərimizə düşən vəzifələri yerinə yetiririk. Lakin bizim fəaliyyətimizə dövlət qurumları da, cəmiyyət də dəstək olmalıdır. Vəkilliyin gücləndirilməsi birinci növbədə dövlətə lazımdır. Elektron məktub göndərilməsi bizim vaxt qazanmağımız deməkdir. Bununla bağlı mən şəxsən bir sıra aidiyyəti qurumlarla danışıqlar aparıram. Lakin bu tək bizim səlahiyyətlərimiz çərçivəsində deyil", - Kollegiya sədri deyib.
A.Bağırov bildirib ki, rayonlarda vəkillərin fəaliyyətinin yaxşılaşdırılması, sayının artırılması üçün tədbirlər görülməlidir.
"Regionlarda vətəndaşa keyfiyyətsiz hüquqi yardım göstəriləndə vətəndaş şikayət etməyə başlayır. Bu kimi halların qarşısının alınması üçün biz mütəmadi problemləri müzakirə edirik, həll yollarını axtarırıq", - A.Bağırov qeyd edib.