Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
9 İyun 2022 16:23
3 493
Şirvanda vətəndaşın pulunu mənimsəyən qadın saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən şəhər ərazisində vətəndaşları dələduzluq yolu ilə aldadan və bununla da zərərçəkənlərin xeyli miqdarda pulunu mənimsəyən şəxsin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbiri həyata keçirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini Ülviyyə Balayeva saxlanılıb.
Araşdırmalar zamanı məlum olub ki, Ü.Balayeva şəhər sakini olan bir vətəndaşın etibarından istifadə edərək, ona yüksək məvacibli yaxşı işlə təmin edəcəyi barədə vədlər verərək, onun 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirib.
Polis əməkdaşları həmin qadının digər analoji cinayətlərdə iştirakını da istisna etmir.
Əgər Ü.Balayevanın əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, həmçinin Şirvan ŞPŞ-nə məlumat vermələri xahiş olunur.
Trend-in əldə etdiyi xəbərə görə, Ülviyyə Balayeva saxlanılana qədər Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri vəzifəsində çalışıb.
25 Sentyabr 18:21
959
25 Sentyabr 17:17
707
25 Sentyabr 17:16
672