Telefonda reklamlardan xilas olmağın yolu - FOTO Hadisə

Telefonda reklamlardan xilas olmağın yolu - FOTO

Android əməliyyat sistemi istifadəçilərə reklamları deaktiv etmək üçün funksiya təqdim edir. Əlavə proqram yükləmədən reklamları deaktiv etmək mümkündür.

Bu yazıda bunu sizə izah edəcəyəm.

1) İlk öncə telefonun “Parametrlər” bölməsinə daxil olmalıyıq.

2) Açılan pəncərədə “Bağlantılar” bölməsinə keçid edirik.

“Qeyd etmək gərəksə hər telefonda bu bölmənin adı fərqlidir”

3) İndi “Daha çox bağlantı parametri” seçirik.

4) Daha sonra “Fərdi DNS” üzərinə klik edirik.

5) Açılan pəncərədən “Fərdi DNS təminatçısının sahib adı” seçib “dns.adgurad.com” yazdıqdan sonra yadda saxlayırıq.

Beləliklə telefonlardakı reklamlar artıq avtomatik olaraq deaktiv olunacaq.

“Xiaomi” telefonlarına şamil olunmur.