Qətərin Baş naziri ABŞ və İranın razılığa gəlmək əzmində olduğunu bəyan edib
Vens: İranla sülhə nail olunmazsa, ABŞ-ın bir çox variantı var
Bu il narkotiklə bağlı 2110 nəfər cinayət məsuliyyətinə cəlb edilib
Beş ayda 111,7 milyon manatlıq narkotik dövriyyədən çıxarılıb
ABŞ AEBA müfəttişlərinin bu həftə İranda işə başlaya biləcəklərini gözləyir
28 İyun 2022 09:39
2 065
Bakıda fəhlə daş karxanasında faciəli halda ölüb.
Qaradağ rayon prokurorluğundan Trend-ə verilən məlumata görə, iyunun 25-də saat 03 radələrində Qaradağ rayonu, Güzdək qəsəbəsi ərazisində yerləşən daş karxanasında fəhlə işləyən 1973-cü il təvəllüdlü Coşqun Səfərovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla müəyyən edilib ki, Coşqun Səfərov karxanada işləyərkən qəflətən kombaynın geriyə hərəkət etməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alaraq hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.
Hazırda iş üzrə istintaq hərəkətləri davam etdirilir.