"Yüzminlər istirahət və müalicə hüquqlarından məhrum olub"-Fazil Mustafa Hadisə

"Yüzminlər istirahət və müalicə hüquqlarından məhrum olub"-Fazil Mustafa

"Burada məsələ qaldırılsa da, deyilənlər yerində qalır. Cəmiyyəti narahat edən məsələlər həll olunmur. Biz bunun əksini görürük. Bu bir daha ölkədə Konstitusiyanın işləmədiyini göstərir".
Xalqcəbhəsi.az xəbər verir ki, bunu deputat Fazil Mustafa deyib.
Onun sözlərinə görə,
səsləndirdiyimiz fikirlərin böyük əksəriyyəti ya diqqətdən kənar, ya da tam əksi qərar qəbul olunub.
Deputat qeyd edib ki, bu vəziyyət Konstitusiyanın işləməməsinə gətirib çıxarıb: “Quru sərhədlərinin bağlanması ilə bağlı qərar qəbul olundu. Ola bilsin ki, dövlətin bildiyi nəsə var. Amma on minlərlə vətəndaşımız acınacaqlı hala düşdülər. Yüzminlər istirahət və müalicə hüquqlarından məhrum oldular. Onlar aylar öncədən quru yolla bilet alıblar. Bu xüsusən də kasıb əhaliyə aiddir. Çünki onlar AZAL-ın qiymətləri ilə qiymət ala bilmirlər”.

Əli