Bakıda iki nəfəri avtomobil vurub Hadisə

Bakıda iki nəfəri avtomobil vurub

Bakının Binəqədi və Səbail rayonlarında yol qəzaları zamanı iki nəfər xəsarət alıb.

Hər iki hadisə yolun piyada üçün müəyyən edilməmiş hissəsində qeydə alınıb.
Belə ki, Biləcəri qəsəbəsində 1974-cü il təvəllüdlü Verdiyeva Aynurə Vəli qızını avtomobil vurub.

Digər analoji hadisə Botanika bağının qarşısında baş verib.

1992-ci il təvəllüdlü Hümbətli Sevinc Rüfət qızı yolu keçərkən onu avtomobil vurub.

Hər iki yaralı ağır vəziyyətdə 1 nömrəli xəstəxənanın reanimasiya şöbəsinə yerləşdirilib.