Bank kartlarından külli miqdarda pul vəsaitləri ələ keçirən şəxs saxlanıldı Hadisə
- 15 İyul 2022 17:22
- 3 150
Daxili İşlər Nazirliyinə (DİN) son dövrlərdə daşınmaz əmlak və avtomobil satışı ilə bağlı elan saytlarında şirnikləndirici vədlər verildiyi və müraciət edən şəxslərin pullarının müxtəlif kart əməliyyatları vasitəsi ilə ələ keçirildiyi barədə zərərçəkənlərdən çoxsaylı şikayətlər daxil olur. Bu məlumatlar Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində hərtərəfli araşdırılıb. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində vətəndaşların kart məlumatlarını və kartlardakı pulları ələ keçirməklə onlara qarşı dələduzluq edən əvvəllər məhkum olunmuş Aqşin Bədəlov saxlanılıb.
DİN-dən Trend-ə bildirilib ki, araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs elan saytlarında dəyərindən qat-qat aşağı qiymətə əslində mövcud olmayan saxta avtomobil və mənzil satışı ilə bağlı məlumatlar yerləşdirib. Həmin elanlardakı şirnikləndirici təklifləri görən vətəndaşlar isə Aqşin Bədəlovla əlaqə saxlayaraq həmin daşınar və ya daşınmaz əmlakı almaq istədiklərini bildiriblər. Bu zaman Aqşin Bədəlov izi itirmək məqsədi ilə müxtəlif şəxslərin adına əldə etdiyi bank kartlarını müştərilərə göndərək ora təcili pul köçürülməsini tələb edib. Əks halda isə elandakı evi və ya avtomobili başqa şəxsə satacağını bildirib. Pulu əldə edəndən sonra isə o, kartlardakı vəsaitləri öz hesabına yönləndirərək nağdlaşdırıb zərərçəkənlərin onu tapmaması üçünsə onları nömrələrini bloklayıb. Bank kartlarındakı pulları ələ keçirmək məqsədi ilə onlayn dələduzluq sxemi quran Aqşin Bədəlov bu müddət ərzində ona müraciət 450 nəfərə maddi ziyan vurub. Saxlanılan şəxsdən çoxsaylı bank kartları, elan saytlarında yerləşdirdiyi mobil telefon nömrələri və iş üzrə əhəmiyyət kəsb edən digər elektron sübutlar aşkar olunaraq götürülüb.
Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb. Aqşin Bədəlovun ətrafında əməliyyat-istintaq və əməliyyat-texniki tədbirlər davan etdirilir. Bu şəxsin qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edə bilərlər.
Sonda vətəndaşlara onlayn elan saytlarında yerləşdirilən məlumatlarla tanış olan zaman maksimum diqqətli olmağı, şirnikləndirici elanlarla rastlaşdıqda isə bank kartlarında olan məlumatları qarşı tərəfə verməməyi tövsiyyə edirik.
-
Bayden Vaşinqtonda BƏƏ Prezidentini qəbul edəcək
-
Lənkəranda ağır qəza baş verib, xəsarət alanlar var - FOTO
-
Şimali Koreya ballistik və strateji qanadlı raketləri sınaqdan keçirib
-
Hindistanda binanın çökməsi nəticəsində 4 nəfər ölüb
-
Harris gələn həftə Zelenski ilə görüşməyi planlaşdırır
-
Xəzər dənizində 4 bal gücündə zəlzələ olub
-
Tramp ABŞ-də narkotik alverçiləri üçün ölüm cəzasının tətbiq edilməsini müdafiə edib
-
Pekin Tayvandan gələn bəzi kənd təsərrüfatı məhsulları üçün rüsumsuz güzəştləri ləğv edəcək
-
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
-
"Bakcell"dən abunəçilərə geniş seçim imkanı verən "Star" tarifi
-
“Bu durumda Vaşinqtonun iki seçimi var...”
-
“ABŞ-ın yüksəksəviyyəli rəsmilərinin açıqlamalarında diqqətçəkən bir ifadə var”
-
“Ermənistan üçün ciddi fəlakətli bir dönəm başlaya bilər”
-
“Qarabağın və Şərqi Zəngəzurun bərpası dövlət siyasətinin prioritet istiqamətlərini təşkil edir”
-
Azərbaycan və Türkiyənin BRİCS-ə ehtiyacı varmı?
-
Kreml İrəvandan bərk yapışıb
-
Dünya COP29-un çox uğurlu olacağına inanır
-
“Qərb Ermənistanın Rusiyanın sanksiyalardan yayınmasında əsas həlqə olduğunu yaxşı bilir”
-
30 yaşlı “Əsrin müqaviləsi”...
-
Livanın Baş naziri İsraillə müharibəyə hazırlıqla bağlı tapşırıq verib
-
Ceyhun Bayramov: Yekun sülh sazişinin imzalanmasına ən ciddi maneə Ermənistan Konstitusiyasıdır
-
Urmu gölü qurudu
-
İranın ali və yüksək rütbəli zabitləri Azərbaycanın Tehrandakı səfirliyində olub
-
Bəzi yerlərə leysan yağıb - FAKTİKİ HAVA
-
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
-
Leyla Əliyeva Milli Qəhrəman Mübariz İbrahimovun ailəsini ziyarət edib - FOTO
-
Biləsuvarda minik maşını traktorla toqquşub, 4 nəfər xəsarət alıb
-
“Ghost” kibercinayətkarlıq platforması dağıdılıb, 51 nəfər həbs edilib
-
Nazirlik əhalini qripə qarşı peyvənd olunmağa çağırıb
-
Leyla Əliyeva “Kəpənək” uşaq bağçasının açılışında iştirak edib
-
Qriqoryan: Ermənistan Fransa və Hindistanla hərbi-texniki sahədə sıx əməkdaşlıq edir, yeni tərəfdaşlar axtarır
-
Kremlin yaxınlığında atışma olub, üç nəfər yaralanıb
-
Sinqapur şirkəti: Orta dəhlizi "yaşıl yol"a çevirmək istəyirik
-
“Azəriqaz”ın Baş direktoru: Azərbaycan qazlaşma səviyyəsi üzrə dünyada birinci yerdədir
-
Üzeyir Hacıbəylinin xatirəsi Milli Konservatoriyada yad edilib
-
Xocasən qəsəbə bələdiyyəsində görülən işlər AXC TV-də müzakirə olunub
-
Cənub dəhlizi yeni marşrutlarla genişləndiriləcək
-
İnternat məktəblərinin siniflərində şagirdlərin maksimum sayı müəyyən olunub
-
Paşinyan Ermənistanın Azərbaycanın təbii qazını almağa hazır olduğunu bildirib
-
Əmək müqavilələrinin elektron sənəd formasına keçirilməsi mərhələləri müəyyənləşib
-
"Uniper" şirkəti Azərbaycan qazının alışını artıra bilər
-
Kreml Paşinyanın KTMT ilə bağlı ittihamlarına cavab verib
-
Yaxın günlərdə Azərbaycanın iqlim təşəbbüsləri BMT-nin Baş Assambleyasında irəli sürüləcək
-
Sülh istəyən ölkə niyə silah alsın ki?
-
Əlilliyi olan 80 min şəxsə reabilitasiya xidmətləri göstərilib
-
Azərbaycanın strateji valyuta ehtiyatları 73 mlrd. dollara yaxınlaşıb
-
Dövlət Agentliyi: İmişlidə şagirdlərin bir qismini təhsildən yayındıran müəllimin əmək müqaviləsinə xitam verilib
-
Paşinyan: KTMT Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdiddir
-
Nazir müavini: COP29-a hazırlıq iki istiqamət üzrə aparılır
-
Mərkəzi Bank: İnflyasiya 2024-2025-ci illərdə hədəf diapozonunda qalacaq
-
Mərkəzi Bank artan xərclərlə bağlı valyuta satışını artıra bilər
-
Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təsis edilib
-
Kölndə partlayış baş verib, 1 nəfər yaralanıb
-
Sumqayıtda bir nəfərin 10 min manatlıq tütün məmulatı mənimsənilib
-
Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun üzvləri Sərsəng su anbarında olub - FOTO
-
Daha 4 itkin-şəhidin meyit qalıqları dəfn ediləcək
-
Salyan Rayon İcra Hakimiyyətinin yeni başçısı Rüstəm Xəlilov kollektivə təqdim olunub - FOTO
-
Dünya bazarlarında neft yenidən ucuzlaşıb
-
Şabranda yanğın olub
-
Dünya fond bazarlarının əsas indeks göstəriciləri