“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
18 İyul 2022 11:15
4 480
"Ötən illə müqayisədə bu il yanğınların sayı azalıb".
APA xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin rəis müavini, polkovnik Aqşin Kazımov jurnalistlərə açıqlamasında bildirib.
O bildirib ki, bu ilin ötən müddəti ərzində 700-dən çox kollektivlə görüşlərdə maarifləndirmə tədbirləri keçirilib:
"Bunun nəticəsidir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il yanğınların baş verməsi ilə əlaqədar 145 fakt azalma müşahidə edilir. Hesab edirik ki, bu ümidverici rəqəmdir. Lakin bu tədbirlərə baxmayaraq bildiyimiz kimi, dünyada qlobal istiləşmə var. Avropanın bir çox ölkələrində hərarət yüksəlib. Bu səbəbdən biz bu cür tədbirləri davam etdiririk. Aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər keçiririk".
Rəis müavini qeyd edib ki, bu il ərzində respublikanın bütün regionlarında Fövqəladə Hallar Nazirliyi, Daxili İşlər Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi geniş tədbirlər həyata keçirir.
20 Sentyabr 12:03
854
19 Sentyabr 12:36
1 183
18 Sentyabr 21:11
1 379