“Dövlət Suverenliyi Günü gələcək nəsillərə mesajdır”
19 Sentyabr 13:06
19 Sentyabr 13:06
18 Sentyabr 22:26
18 Sentyabr 16:26
19 İyul 2022 16:56
4 305
Dövlət Miqrasiya Xidməti və Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Miqrasiya üzrə Regional Təlim Mərkəzi çərçivəsində həyata keçirilən “Miqrasiya Məktəbi - 4” layihəsinin bağlanış mərasimi keçirilib. Tədbirdə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Vladimir Gyorgev, Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri Səltənət Məmmədova, Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın sədri Azər Allahverənov çıxış edərək layihə iştirakçılarına ürək sözlərini bildirib və öz təəssüratlarını bölüşüblər.
Miqrasiya məktəbinin əhəmiyyəti barədə danışan Azər Allahverənov bu sahə ilə maraqlanan şəxslərə miqrasiya mövzularında biliklərin aşılanması, xüsusilə də gələcəkdə müxtəllf sahələrdə çalışacaq milli kadrların eyni zamanda miqrasiya sahəsində məlumatlı olması üçün belə bir tədris prosesinin təşkil edilməsi baxımından çox vacib təşəbbüs olduğunu bildirib. Eyni zamanda A.Allahverənov "Miqrasiya Məktəbi - 4" layihəsi modelinə bənzər təşəbbüslərin digər mərkəzi icra hakimiyyəti orqanlarının yanında təşkil edilməsi təklifi ilə çıxış edib.
Cavid
20 Sentyabr 12:03
812
19 Sentyabr 12:36
1 134
18 Sentyabr 21:11
1 309


