İnvaziv kardioloq İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalında işə başlayıb Hadisə

İnvaziv kardioloq İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalında işə başlayıb

Mərkəzi Gömrük Hospitalının komandasına yeni qoşulmuş Kardiologiya şöbəsinin rəisi, yandal uzman invaziv kardioloq İlqar Tahiroğlunu Sizə təqdim edirik. Dr.İlqar Tahiroğlu 2010-cu ildə Türkiyə Respublikasının Samsun şəhərində Ondokuz Mayıs Universitetinin Müalicə işi fakültəsini bitirmiş, 2010-2011-ci illərdə həmin universitetdə internatura keçmişdir. Dr.İlqar Tahiroğlu təhsilini davam etdirərək 2015-2019-cu illərdə İsrailin Qüds şəhərində Hadasah Tibb Mərkəzi Universitetində kardiologiya üzrə rezidentura keçmiş, 2019-2021-ci illərdə isə Universitetin İntervensional kardiologiya və struktural ürək xəstəlikləri üzrə təhsil proqramını mənimsəmişdir. İlqar həkim 2021-ci ildən I.M Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında Kardiologiya kafedrasının müəllimi kimi çalışır.

Dr.İlqar Tahiroğlu Mərkəzi Gömrük Hospitalının Kardiologiya şöbəsində TAVİ, mitral clip, perifer damar angioplastikası, koronar angioplastika, sağ hemodinamik kateterizasiya, PFO qapatılması, ASD qapatılması, karotis stent, ürəyə kardiostimulyator yerləşdirilməsi ilə məşğul olur. Dr.İlqar Tahiroğlu öz üzərində daim çalışan, dünya mətbuatında tibbin ən yeni nailiyyyətlərini izləyən, müxtəlif ölkələrdə keçirilən forumlarda, konfranslarda iştirak edən, bilik və bacarıqlarını artıran və işində tətbiq edən təcrübəli kardioloqdur.

14 iyul 2022-ci il tarixindən etibarən Mərkəzi Gömrük Hospitalında Kardiologiya şöbəsinin rəisi kimi fəaliyyətə başlamış Dr. İlqar Tahiroğlunu yeni təyinatı münasibətlə təbrik edir və ona fəaliyyətində uğurlar arzulayırıq!