Tələbin borclunun qiymətli kağızlarına yönəldilməsi mexanizmi müəyyənləşir
Azərbaycanda xarici diplomatların və ailə üzvlərinin qeydiyyatı yeni qaydada tənzimlənəcək
Pentaqon İranla münaqişə fonunda sursat çatışmazlığı barədə xəbərdarlıq edib
Lavrov: Avropa olmasaydı, Ukraynadakı münaqişə bir il əvvəl bitə bilərdi
Ukrayna Baş Prokurorluğunun bütün rəhbərliyi Radaya çağırılıb
5 Avqust 2022 14:21
2 863
Avqustun 5-i Laçın rayonunda çətin relyefli ərazidə xidməti döyüş tapşırığını yerinə yetirərkən sıldırım qayalıqlardan qopan qaya parçası Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları əsgər Xudiyev Samir Səməd oğlu və əsgər Əliyev Tahir Çingiz oğlunun üzərinə düşüb.
Bu barədə Trend-ə Müdafiə Nazirliyindən bildirilib.
Məlumata görə, nəticədə əsgər S.Xudiyev aldığı bədən xəsarətlərindən hadisə yerində vəfat edib. Müxtəlif bədən xəsarətləri almış əsgər T.Əliyevin vəziyyəti ağır qiymətləndirilir.
Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.