10:28
455.jpg)
Pakistanın xarici işlər naziri İshaq Dar və BAEA-nın baş direktoru Rafael Qrossi bəyan ediblər ki, İran və ABŞ arasında İslamabad Anlaşma Memorandumunun icrası regional gərginliyin azaldılması üçün ən effektiv yol olaraq qalır.
Xalqcebhesi.az xəbər verir ki, "Iran International" təşkilatının Pakistan XİN-ə istinadən verdiyi məlumata görə, bu məsələ Dar və Qrossi arasında baş tutan telefon danışığı zamanı müzakirə olunub. Tərəflər həmçinin Pakistanın vasitəçi qismində iştirakı ilə üçtərəfli məsləhətləşmələrin vacibliyini vurğulayıblar.
Qrossi əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün lazımi ekspertiza və texniki köməklik göstərməyə hazır olduğunu bildirib.
Danışıq zamanı Dar Qrossiyə BMT-nin növbəti baş katibi postu uğrunda apardığı kampaniyada uğurlar arzulayıb.
Məryəm Quliyeva