10:23
364.jpg)
Çinin "Sohu" nəşri Nepalın Çinlə sərhəd bölgəsində baş verən torpaq sürüşməsi nəticəsində həlak olanların sayının 1 396 nəfərə çatdığını bildirib.
Xalqcebhesi.az xəbər verir ki, daşqın avqustun 26-da Nepalın şimal rayonlarına zərbə vurub. Çin ərazisindən Bxote-Koşi çayına güclü su axını yönəlib. Daşqından əvvəl zəlzələ və onun təsirindən torpaq sürüşməsi baş verib.
Ölənlərin sayının artması ilə bağlı məlumatlar dağlıq regionun təbii fəlakətin fəsadları ilə mübarizəni davam etdirdiyi bir vaxtda yayılıb. Jurnalistlərin yazısında hadisənin digər təfərrüatları verilməyib. Nepal və Çinin rəsmi qurumlarının nümayəndələri hələlik vəziyyətlə bağlı əlavə məlumat açıqlamayıblar.
Bxote-Koşi çayı Nepalın şimalından, Çinlə sərhədin yaxınlığından keçir. Avqustun 26-da məhz Çin ərazisindən çaya tərəf güclü su axını axıb. Bundan əvvəl rayonda torpaq sürüşməsinə səbəb olan yeraltı təkanlar qeydə alınıb.
"Sohu" nəşrinin məlumatına görə, nəticədə daşqın baş verib və həlak olanların sayı artıb. Təbii fəlakət Nepal və Çinin sərhədyanı rayonlarına zərbə vurub. Qurbanların sayı haqqında məlumatlar dəqiqləşdirilir və yeni məlumatlar daxil olduqca yenilənəcək.
Məryəm Quliyeva