Azərbaycanın cari əməliyyatlar balansının profisiti 2 dəfə artıb
İstanbul Universitetinin doktorantı Azərbaycanın diplomatik zəfərini Türkiyə akademiyasına daşıdı
Ali Məhkəmə yetkinlik yaşına çatmayan şəxsin cinayətə cəlb edilməsinin meyarlarını açıqlayıb
Polşa kriptovalyuta ilə neft almaq cəhdində 394 milyon dollar itirib
10:33
441
Kamran Bilalovun saxlanılma səbəbi bəlli olub.
APA xəbər verir ki, Kamran Bilalov tiktoker “Çevik”ə - Məqsəd Bağırova qarşı zorakılıqda ittiham olunur.
Qeyd edək ki, DTX tərəfindən saxlanılan Bağırov Məqsəd Məcid oğlu və Bilalov Kamran Ramiz oğlu barəsində həbs qətimkan tədbiri seçilib.
Məqsəd Bağırova Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 283.1-ci, Kamran Bilalova Cinayət Məcəlləsinin 283.2.1-ci maddəsi ilə ittiham elan edilib.
Elan edilmiş ittihama əsasən, Kamran Bilalov Məqsəd Bağırovun aşkar surətdə, o cümlədən mediadan istifadə etməklə cəmiyyətdə dini nifrət və düşmənçilik salınması ilə bağlı videolar yayaraq nümayiş etdirdiyi dini baxışlarına görə ona qəsdən ictimai yerdə zor tətbiq etməklə müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək dini zəmində düşmənçilik salınmasına yönələn hərəkətlər törədib.
Xatırladaq ki, Məqsəd Bağırov özü də insanların dini inanclarını, ibadət yerlərini təhqir edən ifadələr ehtiva edən videolar yaymaqla cəmiyyətdə dini zəmində düşmənçilik salınması ilə bağlı əməllərin törədilməsində şübhəli bilinərək həbs edilib.
11:20
308
11:04
378
10:34
448