Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
8 Avqust 2022 16:40
3 157
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Trend-in məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq ittiham olunan şəxsin məhkəməyə verilməsi ilə bağlı ilkin dinləmələr keçirilib.
Trend xəbər verir ki, iş üzrə dövlət ittihamçısı ittiham olunan şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin dəyişilməsi ilə bağlı əsaslar mövcud olmadığını bildirib.
Səlim Müslümovun vəkilləri vəsatət qaldıraraq prosesin qapalı keçirilməsini xahiş edib.
Vəkillər vəsatəti iş materiallarındakı peşə və konversiya sirlərinin olması ilə əsaslandırıblar.
Səlim Müslümov vəsatəti müdafiə edib.
Hakim Faiq Qəniyevin sədrlik etdiyi məhkəmə heyəti müşavirədən sonra iş materiallarında peşə sirrinə xələl gətirən hər hansı məlumatların olmadığı qənaətinə gələrək iclasın qapalı keçirilməsi ilə bağlı vəsatətin təmin olunmadığını elan ediblər.
Qərara əsasən Səlim Müslümov verilmiş maddələrlə təqsirləndirilərək məhkəməyə verilib.
Baxış iclası avqustun 10-a təyin olunub.
Xatırladaq ki, Səlim Müslümov 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunub.
Cinayət Məcəlləsinin 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.2-ci və 311.3.3-cü (təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham olunan sabiq nazir 13 ay həbsdə qaldıqdan sonra səhhətində yaranan problemlə bağlı ev dustaqlığına buraxılıb.
İş üzrə zərərçəkmiş qismində Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tanınıb
25 Sentyabr 18:21
966
25 Sentyabr 17:17
721
25 Sentyabr 17:16
679