Dövlət Mühafizə Xidmətinin işçilərinin maaşlarının məbləği təsdiqlənib
Azərbaycanda həbsdə olan əcnəbilərə tibbi xidmətlərin göstərilmə qaydası müəyyənləşir
Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsini müəyyənləşdirmək üçün yeni qaydalar hazırlanıb
Azərbaycan Sent Lusiyada təhsilin müasirləşdirilməsi təşəbbüsünə dəstək göstərib
26 Sentyabr 2022 11:26
2 709
Goranboy rayonu Kələk kənd tam orta məktəbin direktoru Cahangir Əlabbasovun məktəbin ibtidai sinif müəlliməsi Fatma Musayevanı döyməsi ilə bağlı polis şöbəsinə daxil olan müraciət araşdırılmaq üçün prokurorluğa göndərilib.
Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov bildirib. O qeyd edib ki, məsələ ilə bağlı iş Goranboy rayon Prokurorluğuna verilib. Hazırda faktla bağlı araşdırmalar prokurorluqda davam etdirilir.
Xatırladaq ki, sentyabrın 22-də səhər saatlarında Goranboy rayonunun Kələk kənd orta məktəbinin ibtidai sinif müəlliməsi Fatma Musayeva rayon polis şöbəsinə müraciət edərək məktəbin direktoru Cahangir Əlabbasov tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırmalar başlanıb.