ƏHD Partiyası Ali Məclisinin iclası keçirilib
14 Mart 13:39
14 Mart 13:39
13 Mart 21:31
13 Mart 21:24
13 Oktyabr 2022 16:06
3 675
Taksilərdə sürücü ilə sərnişin arasında narazılıq yaradan əsas səbəb qiymət məsələsidir. Bu problemi də aradan qaldırmaq üçün taksometrlə həll etmək olar deyənlər var. Yaxın zamanlarda taksilərə taksometr quraşdırılması planlaşdırılır.
Bəzi sürücülər bildirirlər ki, belə olduqda heç kim qiymətdə aldanmayacaq. Bəzi sürücülər isə qeyd edirlər ki, bu sərfəli deyil. Sərnişinlər isə bildiriblər ki, hazırki taksi qiymətləri onları qane edir. Taksometr qoyularsa, qiymətlər artacaq.
Məsələ ilə bağlı Trend-in suallarını cavablayan nəqliyyat üzrə ekspert Rauf Ağamirzəyev qeyd edib ki, belə bir qaydanın illər öncə tətbiq olunması nəzərdə tutulsa da, tam icra olunmadı.
“Bu gün taksi bazarında pərakəndəlik var. Pandemiya dövründə ölkəmizdə taksi xidmətləri göstərənlər daha çoxaldı. Paytaxtda təxminən 60 min taksi fəaliyyət göstərir. Ümumiyyətlə taksometrlərin qoyulması taksi qiymətlərinə təsir edəcək. Bu qismən narazılıq da yaradacaq. Ancaq, taksilərə taksometrlərin qoyulması vacibdir. Bazar özünü tənzimləməlidir. Belə ki, taksi fəaliyyəti ilə məşğul olan şirkətlər var, bir də işi taksi sürücüsü olmayıb bu işlə məşğul olanlar var. Amma, taksometr qoyulsa, dəqiq tələblər qoyulacaq və taksi fəaliyyəti nizama düşəcək”, – deyə o əlavə edib.
13 Mart 19:49
1 666
13 Mart 19:48
1 631
13 Mart 18:15
1 624