Azərbaycanın Sankt-Peterburuqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi başlayıb
Sabahdan Bakıda dövlət qurumlarında dəyişkən iş qrafiki tətbiq olunacaq
Suriya Yaxın Şərqdə nüvəsiz zonanın yaradılmasını dəstəkləyib
“İran tərəfi müəyyən razılaşmalara getmək məcburiyyətindədir”
AYNA: Sabahdan Bakıda avtobusların sayı rekord həddə çatdırılır
21 Oktyabr 2022 09:44
3 290
Səhiyyə Nazirliyi Azərbaycanda yol qəzasına düşən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırımın vəziyyətini açıqlayıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, Azərbaycanda səfərdə olarkən yol qəzası keçirən Türkiyənin Ədalət və İnkişaf Partiyası sədrinin müavini Binəli Yıldırım, millət vəkili Şamil Ayrım və mühafizəçi Oğuzhan Dəmirçi Mərkəzi Klinik Xəstəxanasına yerləşdiriliblər və mütəmadi həkim nəzarəti altındadırlar:
"Mərkəzi Klinik Xəstəxanasından Səhiyyə Nazirliyinə verilən məlumata görə, onların vəziyyətləri qənaətbəxşdir. Həyatları üçün hər hansı bir təhlükə yoxdur, yaxın saatlarda onların evə yazılacağı gözlənilir", - məlumatda bildirilir.