“HƏMAS-a dəstək regionda gərginliyi artırır”
19 Dekabr 22:46
19 Dekabr 22:46
19 Dekabr 22:24
19 Dekabr 22:18
19 Dekabr 14:16
24 Oktyabr 2022 12:29
2 317
Azərbaycanda vəkillərin eyni saatda müxtəlif proseslərə çağırılmasının qarşısını almaq üçün Ədliyyə Nazirliyinə müraciət edilib.
Bunu Vəkillər Kollegiyasının sədri Anar Bağırov “Vəkillik və İKT, müasir çağırışlar” mövzusunda keçirilən tədbirdə deyib.
Kollegiya sədri bildirib ki, eyni saatda müxtəlif məhkəmə prosesləri təyin edilir ki, bu zaman vəkil o proseslərdə iştirak etməkdə çətinlik çəkir. Bu səbəbdən məhkəmə proseslərinin vaxtını göstərən ümumi sistem olmalıdır:
"Bununla da bir vəkilin eyni vaxtda müxtəlif proseslərə çağırılmasının qarşısı alınar. Bu məsələ ilə bağlı Ədliyyə Nazirliyinin rəsmi şəxslərinə müraciət etmişəm", - A.Bağırov deyib.
Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Aynur Sabitova isə bildirib ki, bu məsələ nazir Fikrət Məmmədova məruzə edilib: "Cənab nazir dərhal bu məsələnin həll olunması ilə bağlı tapşırıq verib".
19 Dekabr 20:27
1 771
19 Dekabr 19:54
1 750
19 Dekabr 19:09
1 757