Deputat: Məktəbli çantaları çox ağırdır, şagirdlər arasında skalioz xəstəliyi artıb Hadisə

Deputat: Məktəbli çantaları çox ağırdır, şagirdlər arasında skalioz xəstəliyi artıb

“İbtidai sinif şagirdləri arasında skalioz xəstəliyi artıb”.

APA xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin iclasında deputat Fatma Yıldırım deyib.
O bildirib ki, bu xəstəlik çox çətin müalicə olunur:

“Uşaqların çantaları çox ağırdır. Avropanın bir sıra məktəblərində orada yaşayan biri olaraq deyə bilərəm ki, ibtidai sinif uşaqları üçün verilən dərsliklər iki nüsxədə çap olunur. Onların çantaları bu qədər ağır olmur. Bu xəstəliyin müalicəsi üçün Səhiyyə Nazirliyinə dövlət büdcəsindən çoxlu vəsait ayrılır. Mən buradan Səhiyyə Nazirliyinə səslənmək istəyirəm. Sırf bu xəstəliyin müalicəsi üçün reabilitasiya müəsissələri demək olar ki, yoxdur. Uşaqlar bizim gələcəyimizdir. Valideynlər bizə bu xəstəliyin müalicəsi üçün dəstək istəyir. Regionlarda bu xəstəliyi müalicə edən ixtisaslı kadrlar da yoxdur. Vətəndaşlarımız Bakıya gəlməyə məcbur olur. Buna da bəzilərinin imkanı çatır, bəzilərinin yox”.

Komitə sədri Bəxtiyar Əliyev isə bildirib ki, qaldırılan məsələ aktualdır: “Bununla bağlı bağlı təkliflər hazırlayıb bizə təqdim edin”.