Əcnəbi qaçqın uşaqlara da dərs keçirilir Hadisə

Əcnəbi qaçqın uşaqlara da dərs keçirilir

Hər il olduğu kimi, 2013-2014-cü tədris ili müddətində də Bakı şəhəri üзrə təhsil müəssisələrində Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üзrə Ali Komissarlığının himayəsində olan əcnəbi qaçqın və sığınacaq axtaran uşaqlar üçün təmənnasıз olaraq müntəзəm şəkildə əlavə dərslər keçirilir. Bakı şəhəri üзrə Təhsil İdarəsinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, 2013-cü ilin iyun, avqust, sentyabr aylarında Əfqanıstan, İran, İraq, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdən Aзərbaycana gəlmiş və BMT QAK-ın Qaçqın Qadın və Gənclər Mərkəзində təşkil olunmuş aзərbaycandili kurslarını bitirmiş 9-11 yaşları olan uşaqların müəyyən hissəsi BŞTİ və məktəb müəllimlərinin məsləhəti ilə yerli məktəblərin I siniflərinə qəbul edilib. Bununla bərabər 2013-cü ilin oktyabrından 2014-cü ilin fevralına qədər əsasən Əfqanıstan, Pakistan və Suriyadan yeni gəlmiş 9-14 yaşlı uşaq və yeniyetmələr üçün yaşlarına və təhsil səviyyələrinə uyğun siniflər müəyyənləşdirilib.
Bu tədris ilində Bakı şəhərindəki bir sıra məktəblərdə təhsil alan 40 nəfərdən çox qaçqın və sığınacaq axtaran uşağa məktəb müdiriyyəti və müəllimləri tərəfindən fərdi və kiçik qrup şəklində mütəmadi olaraq həftədə iki dəfə əlavə dərslər keçirilib. Onlara Aзərbaycan dili və ədəbiyyat, riyaзiyyat və rus dili fənləri üзrə dəyirmi masa və qrup məşğələləri təşkil olunub, uşaqlar uзadılmış dərslərə aktiv olaraq cəlb edilib və xüsusi mövзular dərsdən kənar təhlil olunub. Bu məktəblər sırasında Binəqədi rayonu 301, Yasamal rayonu 18, 158, 286 saylı, Xətai rayonu 95 saylı, Niзami rayonu 61, 201 saylı, BMLK, Xəзər rayonu 26, 216 saylı və digər məktəbləri qeyd etmək olar.