Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb Hadisə

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 284 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 116, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 49, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 103, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 16 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 926 238, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 394 071, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 874 766 , üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 393 155, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 264 246 nəfər təşkil edir.