"Volkov Kremldən təlimat alır" Hadisə

"Volkov Kremldən təlimat alır"

"Aksiya davam edir, aksiya iştirakçıları konkret olaraq Azərbaycanın təbii ehtiyatlarının separatçılar, terrorçular tərəfindən daşınmasına etiraz nümayiş etdirirlər. Rusiya sülhməramlı kontingentin komandanı Volkov 8 gündür ki, tələblərə baxmayarq, etirazçılarla görüşməkdən imtina edib". Bunu "Xalq Cəbhəsi"nə Xankəndi-Laçın yolunda ermənilərin ekoloji terroruna son qoyulması üçün keçirilən etiraz aksiyasında iştirak edən, politoloq Məhəmməd Əsədullazadə deyib: "Əlbəttə ki, Volkov da Kremldən təlimat alıb. Düşünürəm ki, bu proses birbaşa Rusiya tərəfindən idarə olunur və Kreml konkret olaraq separatçıları müdafiə edir. Aksiyamız dinc şəraitdə davam edir. Hər şey normaldır, aksiya iştirakçılarının əhval-ruhiyəsi yüksək səviyyədədir. Hər bir iştirakçı vətənpərvərlik nümayiş etdirir. Tələblərimiz yerinə yetirilməyənədək aksiya davam edəcək".

Cavid