Ağdama səfər Hadisə

Ağdama səfər

Əli Həsənov: "Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər"

Qaçqınların və Məcburi köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Ağdama səfər edib.

Ə. Həsənov Ağdam, Laçın, Xocalı və Xocavənd rayonlarının rəhbərliyi və ictimaiyyət nümayəndələri ilə görüşüb. Görüşdə 2015-ci ilin yekunları və Azərbaycan prezidentiİlham Əliyevin tapşırıqlarının həlli yolları müzakirə olunub.
Əli Həsənov bildirib ki, devalvasiyadan sonra yaranmış vəziyyətdə istər dövlət məmurları, istərsə də sahibkarlar əhalinin güzəranının yaxşılaşdırılması üçün əlindən gələni əsirgəməməlidir: "Çətinlikləriniz varsa, bunun üzərinə gedib sözünüzü deyin, həlli yollunu tapın. Qoy, aidiyyəti qurumlar öz vəzifələrini icra etsinlər. Azərbaycan Prezidenti bunu tələb edir, məmur xalqa xidmət eləməlidir".
Ə. Həsənov, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçünFüzuli rayonunda yeni qəsəbənin salınmasına başlanacağını da bildirib. "Biz qəsəbənin tikintisinə yenidən Sumqayıt şəhərindən başlayacağıq. Çünki Sumqayıtda biz bu günədək qəsəbə tikməmişik".