Ceyhun Bayramov Nyu-Yorkda “77-lər qrupu və Çin”in 50-ci nazirlər toplantısında çıxış edib
Prezident İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verib
AIIF 2026: Cənubi Qafqaz-Mərkəzi Asiya əməkdaşlığı mövzusunda panel sessiya keçirilib
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda Orta Dəhliz müzakirə olunub
Metroda şok hadisə: kişi özünü hərəkətdə olan qatarın yoluna atdı
24 Yanvar 2023 16:07
2 828
“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsilinə dair 2023-cü il üzrə ilk sənəd qəbuluna başlanılır.
Bu barədə Trend-ə Elm və Təhsil Nazirliyindən məlumat verilib.
Bildirilib ki, nazirliyin nəzdində Dövlət Proqramı İdarəetmə Qrupu proqram çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşlarını sənəd qəbulunda iştirak etməyə dəvət edir.
Proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı ( https://dp.edu.az/az/news/1203#.Y8-Yx3ZBzIX) və elana dair ətraflı məlumatı (https://dp.edu.az/az/content/62) müvafiq keçidlər vasitəsilə əldə etmək mümkündür.
Proqrama müraciət tarixləri fevral-aprel aylarını əhatə edəcək.
Əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsinə (https://dp.edu.az/uploads/fileuploads/2020/03/bd40ebfbfde042ce878b642ec8cd818f.pdf)
və ya [email protected] elektron poçt ünvanına müraciət edə bilərsiniz.