Qrızda qar örtüyü 21 sm-ə çatıb Hadisə

Qrızda qar örtüyü 21 sm-ə çatıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin aprelin 02-nə olan məlumatına əsasən ölkə ərazisində yağıntılı hava şəraiti davam edib, dağlıq və dağətəyi rayonlarda qar yağıb.

Xidmətdən APA-ya verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Qrızda 21 sm, Şahdağda 20 sm, Lerikdə 15 sm, Qaxda 11 sm, Daşkəsən, Altıağac, Gədəbəydə 9 sm, Şəkidə 8 sm, Göygöl və Ordubadda 5 sm, Şamaxı, Xaltan, Qusarda 4 sm, İsmayıllı və Qobustanda 1 sm təşkil edib.

Yağan yağıntının miqdarı ingəçevirdə 17.0 mm (aylıq normanın 50%-i), İmişlidə 13.0 mm (aylıq normanın 44%-i), Şahbuzda 12.0 mm, Göyçay, Neftçala, Salyan, Hacıqabul, Oğuzda 9.0 mm, Şəki, Qəbələ, Yardımlıda 8.0 mm, Naxçıvan, Şərur, Balakən, Zaqatala, Qax, Qobustan, Gədəbəy, Qrız, Hacıkənd, Qusarda 7.0 mm, Yevlax, Zərdab, Kürdəmir, Sabirabad, Quba, Daşkəsən, Tərtər, Ağsu, Ordubad, Lerik, Cəfərxan, Beyləqan, Şamaxı, Göygöl, Göytəpə, Şahdağ, Culfa, Sədərək, Ağstafa, Xaltan, Şirvan, İsmayıllı, Şabran, Naftalan, Gəncə, Şəmkir, Tovuz, Ağdam, Bərdə, Biləsuvar, Lənkəran, Astarada 6.0 mm-dək, Bakıda və Abşeron yarımadasında: Bakıda 10.0 mm (aylıq normanın 43%-i), Binədə 9.0 mm (aylıq normanın 39%-i), Maştağada 8.0 mm (aylıq normanın 33%-i), Pirallahıda 5.0 mm olub.

Aprelin 01-i Biləsuvar rayonu ərazisinə saat 15:13-15:48 radələrində diametri 10 mm olan dolu düşüb.

Naxçıvan, Şərur, Culfa, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Şəki, Qax, Şamaxı, Qrız, Qusar, Şahdağ, Lerikdə müşahidə olunub, görünüş məsafəsi 50 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu aprelin 01-də Bakıda iqlim normasından 2.7° aşağı olub, Bakıda və Abşeron yarımadasında 5°-dək isti, Naxçıvanda 4° şaxtadan 4°-dək isti, dağlıq rayonlarda 10°-dək şaxta, aran rayonlarında 7°-dək isti olub.

Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 02-si gündüzdən tədricən kəsiləcək, 03-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.