Cari ildə “Azərkosmos” Britaniyaya 1,7 mln. dollarlıq xidmət ixrac edib Hadisə

Cari ildə “Azərkosmos” Britaniyaya 1,7 mln. dollarlıq xidmət ixrac edib

Cari ilin yanvar-aprel aylarında “Azərkosmos” tərəfindən dünyanın 42 ölkəsinə 6,2 mln. dollar dəyərində peyk telekommunikasiya xidmətləri ixrac edilib.

“Azərkosmos”un xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 77%-ni təşkil edib. Bu ilin aprel ayında isə “Azərkosmos” dünyanın 41 ölkəsinə 1,6 mln. dollar dəyərində xidmət ixrac edib.

2023-cü ilin yanvar-aprel ayları ərzində peyk telekommunikasiya xidmətlərinin ixracının ilk beşliyində 1,7 mln. dollar ilə Birləşmiş Krallıq, 1,4 mln. dollar ilə Lüksemburq, 595,9 min dollar ilə BƏƏ, 339,8 min dollar ilə Almaniya və 291,3 min dollar ilə Pakistan qərarlaşıb