“Bu, iqtisadi inkişafa töhfə verəcək”
10 Sentyabr 19:15
10 Sentyabr 19:15
10 Sentyabr 11:29
10 Sentyabr 10:43
9 Sentyabr 23:45
7 İyun 2023 13:26
2 968
Böyük Qayıdış üzrə Birinci Dövlət Proqramına əsasən, 2026-cı ilin sonunadək 34 mindən çox ailənin azad olunmuş ərazilərə köçürülməsi planlaşdırılır.
Trend xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bu gün Şuşada jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bununla bağlı müxtəlif dövlət qurumları arasında, əməkdaşlıq şəraitində bütün məsələlər əlaqələndirmə qərargahı çərçivəsində əlaqələndirilir.
"İnsanlarımızın həsrətində olduqları doğma torpaqlarımıza qayıdışı, həm onların yaşayış şəraiti, həm də işlə təmin olunmaları Prezident İlham Əliyev tərəfindən qarşımıza qoyulan əsas vəzifədir ki, bunun üzərində işlər davam edir", - E.Hüseynov əlavə edib.
10 Sentyabr 22:20
532
10 Sentyabr 17:15
784
10 Sentyabr 14:17
770